PULUN COĞRAFİYASI

Benjamin J. Cohen
(azərbaycan dilində)

ISBN 9952-400-08-X

Kitabın nəşrini Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Translation Project) və «Məmmədli RH» şirkəti birgə maliyyələşdirib.

Cornell Universiteti Nəşriyyatı, Ithaca və London

Çapa imzalanıb: 05.08.2003, formatı 60x841/16, həcmi 12,5 fiz. ç.v, 200 səhifə, şriftin növü Arial AzLat, 70 q kağızda, «Əbilov, Zeynalov və oğulları» (Bakı, M. Qorki 43) mətbəəsində ofset üsulu ilə çap olunub. Tirajı 600 nüsxə.

Bakı – 2003

Kitabı çapa “Məmmədli RH” şirkəti hazırlayıb.

Kitabın 300 nüsxəsi müxtəlif təhsil ocaqları, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarına pulsuz olaraq paylanıb. Paylanan kitabların satışına yol verilmir

Kitabın pərakəndə satış qiyməti 13 min manatdır,  paytaxtın bir sıra kitab mağazalarında var. Onu əldə etmək istəyənlər, həmçinin (050) 213-56-30 mobil telefonuna zəng edə bilərlər.

Mündəriсat

Сədvəllər
Ön söz
Abbreviaturalar

Giriş: Beynəlxalq işlərdə pul

1. Pulun Coğrafiyasının mənası
2. Ərazi valyutası

3. Monetar suverenlikdə subordinasiya

4. Monetar suverenliyi bölüşdürmə

5. Valyuta rəqabəti və iyerarxiya
6. Hakimiyyətin yeni strukturu
7. İdarəetmənin transformasiyası

8. Dövlət siyasəti baсaraсaqmı?

Qeydlər
İstinad edilən mənbələr
İndeks


Ön söz

Son vaxtlarda pul bizim fikirlərimizdə əsas yer alıb. Avropada mövcud mark, frank, lirə və pesoların yerində yeni ümumi valyuta olan avro peyda olub. Keçmiş sovet blokunda və dünyanın digər inkişaf etməkdə olan ölkələrində hökumətlər xarici pulların, əsasən də ABŞ dollarının genişlənməsinə qarşı mübarizə aparmağa çalışırlar. Uzaq Şərqdə asiyalılar yapon iyeninin regionda yarada biləcəyi yeni blokun risklərini və imkanlarını ölçüb-biçirlər. Birləşmiş Ştatlarda isə amerikalılar öz banknotları üçün yarana biləcək təhlükədən narahatlıq keçirirlər.

Ənənəvi, lakin köhnəlmiş fikir belədir ki, hər bir pul yalnız onu istehsal edən ölkənin suveren domeni kimi qalır və ya qalmalıdır. Belə düşüncə tərzi az qala yanlışlıq yaradır və praktik siyasi tədbirlərə maneçilik törədir. Odur ki, biz bizim eradan 5 əsr əvvəlki keçərli valyutalardan (dirhəm və dinar) başlayaraq bizim dövrədək olan valyuta məkanında inqilabi dəyişiklikləri nəzərdən keçirəcəyik.

Kitab tələbələr üçün gözəl dərs vəsaiti, maliyyə sahəsində çalışan mütəxəssis, hökumət məmurları və tarixçilər üçün yığcam bələdçi ola bilər. Ümumiyyətlə pulun keçmişdə və indiyi zamanda nə olduğunu bilmək istəyən hər bir kəs bu kitabı alıb oxuya bilər.