ICQ – Mən Səni Axtarıram
ICQ ilə dost tap, söhbət elə və əylən

müəllif: Məmmədli Rafiq
Bakı, 2008
kitabklubu.org
ISBN 978-9952-8087-5-9

Kitabda İnternet istifadəçilərinə yaxşı tanış olan, dünyada məşhur Chat (messencer) proqramı olan ICQ-nun son – 6.0-cı versiyasından söhbət açılır.
ICQ proqramı çoxdan bəri nəhəng bir kommunikatora çevrilib. Milyonlarla insan gündəlik olaraq bu proqramın Chat (söhbət), Voice Call (kompüterdən kompüterə səsli danışıq), E-mail (elektron poçt), File Transfer (fayl mübadiləsi), Video Call (kompüterdən kompüterə videolu danışıq), SMS (qısa mesaj), ICQ Phone (kompüterdən telefona zəng) və s. kommunikasiya funksiyalarından bəhrələnir.
Son zamanlar Instant Messaging (ani mesaj) funksiyalı mobil telefonların geniş yayılması ICQ-nun GPRS mobil rabitə şəbəkəsinə də ayaq açmasına səbəb olub. İndi insanlar getdikcə daha çox mobil şəbəkədə “ICQ-də otururlar”.
ICQ-dən təkcə İnternet ünsiyyət vasitəsi kimi deyil, həm də əyləncə vasitəsi kimi istifadə edilir.
Kitab yaşından asılı olmayaraq bütün İnternet, mobil telefon istifadəçiləri, eləcə də İKT mütəxəssisləri üçün nəzərdə tutulub.

ÖN SÖZ

Bütün dünyada olduğu kimi, Azərbaycanda da İnternet isti-fadəçilərinin sayı durmadan artır. İnsanlar İnternetdən getdikcə daha çox əylənmək üçün deyil, ünsiyyət vasitəsi kimi istifadə edirlər. Bu baxımdan messencer proqramlarına ehtiyac getdikcə artır. Məhz bu səbəbdən bu sahədə birinciliyi qazanmaq üçün dünyanın İnternet nəhəngləri, sözün əsl mənasında, ölüm-dirim mübarizəsinə qalxmışlar. Messencer bazarında xeyli zamandır ICQ-dan başqa Microsoft (MSN Messenger), Yahoo (Yahoo Messenger), AOL (AIM) korporasiyaları öz messencerləri ilə aktiv fəaliyyət göstərirlər. Bunlar azmış kimi, son vaxtlar Google (Google Talk) da özünün ani mesaj proqramını bazara buraxmışdı. Lakin sadaladığımız korporasiyaların üstün inhisarçı vəziyyətlərinə baxmayaraq, onların heç biri ICQ-ya çata bilmədi, çün-ki ICQ bu sahənin pioneri kimi öz proqram təminatını dayanmadan inkişaf etdirərək birinciliyini əldən vermədi.
Hazırda ICQ istifadəçilərinin sayı sürətlə 50 milyona (!) yaxınlaşır. Azərbaycanda da bu proqramın minlərlə istifadəçisi vardır, lakin hazırkı günə kimi Azərbaycan dilində proqram haqqında heç bir ədəbiyyat nəşr olunmayıb. Azərbaycanda normal bir kütləvi İKT dərgisi də dərc olunmadığından ICQ haqqında heç məqalələrə də rast gəlmək olmur, bir sözlə, bu sahədə əməlli-başlı boşluq yaranmışdır. Əlinizdəki kitab məhz bu boşluğu doldurmaq məqsədi daşıyır...
Biz tərəfdən ilk dəfə belə bir mövzuya toxunulduğundan, çox güman ki, kitab termin yanlışlıqlarından xali olmayacaq. Oxuculardan acizanə xahişimiz budur ki, kitab haqqında fikir, təklif və tənqidlərini elektron poçt və ya telefon vasitəsilə bizə bildirməyi unutmasınlar.

Müəllif Rafiq Məmmədli



ICQ - I Seek You
Find friends with ICQ, talk and have a good time

(in Azerbaijani)
The Publisher: Baku Book Club
Baku – 2008



ICQ – Я Ищу Тебя
Найди себе друзей с помощью ICQ, беседуй и развлекайся

(на азербайджанском языке)
Издатель: Книжный Клуб
Баку – 2008