MÜASİR EKONOMİKS

Jack Harvey, İqtisadiyyat üzrə Professor
(azərbaycan dilində)

lll nəşr

ISBN 9952-400-06-3

Kitabın nəşrini Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (Translation Project) maliyyələşdirib.

Çapa imzalanıb: 27.04.2001, formatı 60x841/16, 560 səhifə, şriftin növü Arial AzLat, 80 q kağızda, «Yaylacig» (İstambul, Türkiyə) mətbəəsində ofset üsulu ilə çap olunub. Tirajı 600 nüsxə.

Bakı – 2001

Kitabı çapa “Məmmədli RH” şirkəti hazırlayıb.

Kitabın 600 nüsxəsi müxtəlif təhsil ocaqları, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarına pulsuz olaraq paylanıb. Paylanan kitabların satışına yol verilmir

Kitab baradə məlumat əldə etmək istəyənlər (050) 213-56-30 mobil telefonuna zəng edə bilərlər.


MÜNDƏRİCAT

Şəkillərin siyahısı
Cədvəllərin siyahısı
Birinci nəşrə ön söz
Üçüncü nəşrə ön söz
Tələbələr üçün dərs vəsaiti

I. GİRİŞ

1. Ekonomiks nə barədədir

        I. Iqtisadi problem
       II. Ekonomiksin əhatə dairəsi
      III. İqtisadçının metodları
      IV.  Iqtisadi nəzəriyyə və siyasət

2. Resursların bölüşdürülməsi üsulları

        I. Cavablandırılmalı suallar
       II. Mərkəzi planlaşdırma hakimiyyəti
      III. Xüsusi müəssisə
      IV. Britaniyanın qarışıq iqtisadiyyatı
      V. Mikro və makroekonomiks

II. Nə istehsal etməli

3. Azad bazarda qiymət necə yaranır

        I. Dəyər və qiymət
       II. Bazarlar
      III. Qiyməti müəyyənləşdirən amillər
      IV. Tələb
      V. Təklif
      VI. Qiymətin müəyyənləşdirilməsi
     VII. Tələb və təklif münasibətlərində dəyişikliklər
    VIII. Qiymət "qanunları"

4. Tələb və təklif təhlilinin tətbiqolunma prinsipləri

        I. Azad bazarda qiymətin funksiyaları
       II. Əlavə şərhlər

5. Tələbə əlavə baxış

        I. Nə üçün adətən tələb əyrisi aşağı enir
       II. İstisna təşkil edən tələb əyrisi
      III. Tələbin elastikliyi

III. Necə istehsal etməli - Istehsal nəzəriyyəsi

6. Firma

        I. Firmanın rolu
       II. Firmanın məqsədləri
      III. Firmanın qərarları
      IV. Xüsusi müəssisə adı altında firmanın hüquqi forması
      V. Dövlət müəssisəsi

7. Istehsalın təşkili və həcmi

        I. Əmək bölgüsü
       II. Daxili qənaət
      III. Şirkətlərin birləşməsi
      IV. Kiçik firmanın üstün cəhətləri
      V. Xarici qənaətlər

8.  Əmtəənin istehlakçılar arasında bölüşdürülməsi

        I. Istehsalın həcmi
       II. Topdansatış ticarətçisi
      III. Pərakəndəsatış ticarətçisi
      IV. Vasitəçinin gələcəyi

9. Istehsal ərazisi

        I. Müxtəlif istehsal ərazilərinin üstünlükləri
       II. Müxtəlif ərazilərdə rentaların səviyyəsi
      III. Nəticələr

10. Istehsal amillərinin birləşməsi

        I. Gəlirlərin azalması qanunu
       II. Dəyişkən amillərin optimal kombinasiyası

11. Ən gəlirli məhsula yönələn qərar

        I. Istehsal xərcləri
       II. Məhsul istehsalı artdıqca xərclər özünü necə biruzə verir?
      III. Xalis rəqabət
      IV. Xalis rəqabət şəraitində şirkətin qısamüddətli tarazlıq məhsulu
      V. Firma və sənayenin uzunmüddətli tarazlıq vəziyyəti

12. Xalis rəqabət şəraitində sənayenin təklif əyrisi

        I. Giriş
       II. Qısamüddətli dövr
      IlI. Uzunmüddətli dövr
      IV. Təklifin elastikliyi
      V. Xalis rəqabət fəaliyyətinin dəyəri

13. Inhisar

        I. İnhisar rəqabət
       II. “Inhisar” dedikdə nə nəzərdə tutulur?
      III. Inhisar gücünün əsasları
      IV. Inhisarçının tarazlıq məhsulu
      V. Dövlət siyasəti və inhisar
      VI. Məhdud inhisar

14. Inhisarçı rəqabət

IV. Kimdən ötrü?
İstehsal amilləri necə qiymətləndirilir - bölgü nəzəriyyəsi

15. Bölgünün marcinal məhsuldarlıq nəzəriyyəsi

        I. Giriş
       II. Marjinal məhsuldarlıq nəzəriyyəsi: xalis rəqabət
      III. Xidmət amili qiymətinin təyin olunması

16. Əmək və əməkhaqqı

        I. Nə üçün əmək istehsalın ayrıca bir amili kimi şərh olunur?
       II. Əməyin qiymətləndirilmə metodları
      III. Əməyin ümumi təklifi
      IV. Ayrı-ayrı istehsal sahələrində, vəzifələrdə və ya ərazilərdə əməkhaqqı dərəcələri
      V. Həmkarlar ittifaqları: kollektiv müqavilənin bağlanma üsulu
      VI. Həmkarlar ittifaqları və əməkhaqqı
     VII. Iqtisadi siyasətin inkişafında həmkarlar ittifaqının hökumətlə əməkdaşlığı

17. Kapital və faiz dərəcəsi

        I. Kapital
       II. Faiz dərəcəsi

18. Torpaq və renta

        I. "Torpaq" və "renta" əsas anlayışlar kimi
       II. Iqtisadi renta - torpaq və rentaya iqtisadçının baxışı

19. Sahibkarlıq və mənfəət

        I. Sahibkarlıq
       II. Mənfəət

V. Pul və maliyyə institutları

20. Pul və faiz dərəcəsi

        I. Pulun funksiyaları
       II. Pula tələb
      III. Pul təklifi
      IV. Faiz dərəcəsi

21. Pul bazarları və kapital bazarı

        I. Diskount bazarı
       İI. Paralel pul bazarları
     III. Uzunmüddətlə kapital bazarı
      IV. London Fond bircası

22. Səhmdar kommersiya banklar

        I. Kreditin verilməsi
       II. Bankların borc siyasətinin formalaşmasının təhlili
      III. Bank aktivlərinin bölüşdürülməsi
      IV. Kassa ehtiyatı normasının modifkasiyası

23. Ingiltərə Bankı

        l. Ingiltərə Bankının funksiyaları
       II. 1971-ci ilə qədər monetar siyasət
      III. Rəqabət və kredit nəzarəti (CCC)
      IV. Kredit təklifinə nəzarət etmək üçün Ingiltərə Bankı tərəfindən istifadə etdiyi vasitələr
      VI. Dövlət və iqtisadiyyat

24. Milli gəlir

        I. Milli gəlirin hesablanmasının əsas prinsipi
       II. Praktikada millə gəlirin hesablanması
      İİİ  Milli gəlir statistikasının istifadəsi
      IV. Ölkənin maddi yaşayış standartlarını təyin edən amillər

25. Tam məşğulluq: problemin tədqiqi

        I. Işsizliyin təbiəti
       II. Işsizliyin səbəbləri

26. Gəlir və məşğulluqda dövri tərəddüdlər

        I. Xərclər və istehsal arasında əlaqə
       II. Aqriqativ tələbdə dəyişikliklərinin səbəbləri
      III. Məxaric və qənaət
      IV. İnvestitsiya xərcləri
      V. Gəlir səviyyəsində dəyişikliklər vasitilə tarazlıq
      VI. Istehlakda dəyişikliklərin səmərəsi
     VII. Dövlət xərcləri və vergiqoyma
    VIII. Xarici ticarətin səmərəsi
      IX. Ticarət dövriyyəsinin izahı
      X. Mövsümi işsizliyə nəzarət

27. Regional və peşə işsizliyi

        I. Əməyin hərəkətsizliyinin səmərələri
       II. Dövlət siyasəti

28. Qiymətlərin səviyyəsi

        I.  Pulun say nəzəriyyəsi
       II.  Aqriqativ tələbin, fəallıq və qiymət səviyyəsinin əlaqəliliyi
      III. Qiymətlər səviyyəsində dəyişikliklərin səmərəliliyi
      IV. Qiymətlərin ümumi səviyyəsində dəyişikliklərin ölçülməsi barəsində qeyd

29. Dövlət maliyyəsi

        I. Dövlət xərcləri
       II. Vergiqoymaya müasir yanaşma
      III. Vergiqoymanın strukturu
      IV. Vergiqoymanın fəaliyyət sahəsi
      VII. Beynəlxalq ticarət

30. Beynəlxalq ticarətin mahiyyəti

        I. Giriş
       II. Beynəlxalq ticarətin üstünlükləri
      III. Ticarətin şərtləri
      IV. Azad ticarət və proteksionizm

31. Tədiyə balansı

        I. Idxalın ödənilməsi
       II. Tədiyə balansı

32. Xarici valyutaların məzənnəsi

33. Tədiyə balansı tarazlığının pozulmasının bərpa olunması

        I. Alternativ yanaşmalar
       II. Deflyator: qızıl standart
      III. Dəyərsizləşmə: sərbəst dəyişən valyuta məzənnəsi 
      IV. Idarə olunan çeviklik
      V. Idarə olunan çeviklik əsasında tədiyə balansı kəsirinin aradan qaldırılması
      VI. Son beynəlxalq monetar araşdırmalar

34. Avropa Iqtisadi Birliyi

        I. AIB-in keçdiyi yol
       II. AIB-in inistitutları
      III. AIB-in iqtisadi vəzifələri
      IV. Ortaq bazar siyasətinin məqsədləri
      V. AIB üzvlüyünün üstünlükləri
      VI. AIB üzvü kimi Büyük Britaniyanın üzləşdiyi problemlər

35. Böyük Britaniyanın əhalisi

        I. Əhali artımı
       II. Əhalinin yaş bölgüsü
      III. Əhalinin ölçüsü
      IV. Fəal işçilərin istehsal sahələri üzrə bölgüsü
      V. Əhalinin coğrafi bölgüsü

36. Tədiyə balansı. Artım və inflyasiya

        I. Britaniyanın müharibədən sonrakı tədiyə balansı
       II. Iqtisadi artım
      III. Inflyasiya

İndeks

Modern Economics, Third Edition (In Azerbaijani)

Redaktordan

Əziz oxucular, tələbələr və biznes adamları! Bu kitab Sizin əlinizə düşübsə, deməli iqtisadiyyatı və biznesi (sahibkarlığı) öyrənmək üçün çox gözəl bir fürsət qazanıbsınız. Jack Harvey qərbdə iqtisadi nəzəriyyə kitablarının müəllifi kimi ad çıxırıb. Onun kitabları bir qayda olaraq klassik dərs vəsaitləri sayılıb. Bizim tərcümə etdiyimiz kitab müəllifin əsas işidir. 1976-cı ildə ingiliscə dərc olunduğuna baxmayaraq bu gün də istər nəzəri, istərsə də təcrübi baxımdan klassik iqtisadiyyat kitabı sayılır. Əlbəttə, həmin dövr üçün aktual olan məsələlər də kitabda az deyil, amma kitabın həmin hissələri tarixi baxımdan maraq daşıyır.

Kitabın qiymətli cəhətlərindən biri də onun diaqram və cədvəllərlə zəngin olmasıdır, demək olar ki, bütün nəzəri məsələlər diaqramlarla izah olunmuşdur ki, bu da onların qavranılmasını asanlaşdırır.

Tərcümə qrupu qabaqcadan rast gələ biləcəyiniz hər-hansı səhvə görə üzr istəyir. Yəqin ki, bizimlə razılaşarsınız ki, bu qəbildən olan kitabı heç bir terminologiya vəsaiti olmadan ilk dəfə Azərbaycan dilinə səhvsiz tərcümə etmək mümkün deyildir. İşimizi çətinləşdirən bir amil də kitabın nə rus, nə türk, nə də ki, alman dilinə tərcüməsinin olmaması idi. Bu baxımdan bizim tərcüməmiz unikaldır.

Belə bir unikal dərs vəsaitini və sahibkarlıq kitabını Azərbaycan dilinə tərcüməni sifariş verən və maliyyələşdirən Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna təşəkkürümüzü bildiririk.

Rafiq Məmmədli