İrşad İbrahimov, “Tarixin olaylarında”
Bakı, “Ləman Nəşriyyat Poliqrafiya" MMC, 2019. 820 səh.

İrşad İbrahimov, “Tarixin olaylarında” (elektron versiya)

[elektron versiya]

Qısa annotasiya

Kitabda Azərbaycan və onu əhatə edən dost və dost olmayan ölkələrin tarixləri yeni baxımdan verilib, insan psixologiyasının bəzi cəhətləri əks etdirilib, iki dünya dini və bəzi dini-siyasi cərəyanların və. həmçinin kommunizm və faşizm əqidələrinin mahiyyətinə nüfuz edilib, insanın gənclik dövrü ilə əlaqədar bir məsələ araşdırılıb və əsrlərin və minilliklərin bəzi dərsləri Azərbaycan mövqeyindən təhlil edilib, göstərilib ki. vətənə sevgi platonik yox. real olmalıdır.
İki nəhəng tarixi sima - Mete və Bilgə xaqanların kitabda verilmiş Tanrıya çağırış və xalqa müraciəti oxucunu həyacanlandırır və ona təqlid üçün sağlam nümunələr göstərir.
Oxuculara təqdim olunan bu kitab Bilgə xaqanın yüzilliklərin arxasından eşidilən və çağdaş dövrümüzdə də aktuallığını itirməmiş “Ey türk, ayıl və özünə dön!” çağırışının təsirilə yaranıb.
Bəzi mübahisəli və stereotipləşmiş məsələlər kitabda yeni baxımdan izah edilib.

Müəllif haqqında məlumat

İrşad İbrahimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (keçmiş Azərbaycan Sənaye İnstitutunun) dosenti olub və bu elmi-tədris müəssisəsində 60 ilə yaxın elmi-pedaqoji fəaliyyət göstərib. O, ixtisası üzrə və həmkarı T. Süleymanov ilə birlikdə Azərbaycan, rus və ingilis dillərində böyük həcmli dərs vəsaitlərinin və onlarla elmi-tədqiqat məqalələrinin müəllifidir.
İ. İbrahimov ali məktəbdə işlədiyi müddətdə bir neçə elmi-texniki istiqamətin guşə daşını təşkil edən “Nəzəri mexanika” fənnini tədris etməklə bərabər, gənc nəslin vətəndaşlıq əqidəsinin zənginləşməsi və möhkəmlənməsi üçün həm vətənimizin, həm də ən yaxın ölkələrin tarixinə aid tarixi-publisistik kitablar və Azərbaycan, ukrayna və rus dillərində 50-yə yaxın məqalə çap etdirmişdir.
1981-ci ildən başlayaraq İ. İbrahimov yurddaşlarına, onların peşə mənsubiyyətindən asılı olmayaraq, güneyli-quzeyli ölkəmizin və yaxın xarici ölkələrin həqiqi tarixini öyrənməyin. soy-kökümüzə tapınmağın, doğma dilimizin saflığı üçün çalışmağın, milli birliyə daha bir vasitə olan dinimizi təfriqəçiliyə xidmət edən daxili və xarici pozucu təsirlərdən qorumağı, habelə xalqımızın fiziki varlığını hifz etməyin son dərəcə zəruriliyini təlqin edən publisistik məqalələr çap etdirmişdir.

Müəllifdən

Sayğılı oxucu!
800 il bundan əvvəl böyük fars şairi və əxlaqşünası, bir qapısından girən neməti o biri qapısından fəqirlərə, fələk-zədələrə paylayan, cəsarətli və hikmətli fikirləri ilə dünya mədəniyyətinə layiqli xidmət etmiş Sədi Şirazi deyib ki. dünyanın işləri zəncinin saçlarına bənzəyir. Bu fikrin doğruluğuna heç bir şübhə ola bilməz və biz. elə indinin özündə də. işləri zəncinin saçları kimi düyünə düşmüş, pırtlaşıq və ikiüzlü bir dünyada yaşayırıq. Azərbaycanımızın ərazi bütövlüyü ilə bağlı məsələyə böyük və kiçik dövlətlərin münasibəti bunu açıq-aydın və əyani surətdə göstərir.
Ulu Tanrının yaratdığı, özümüzdən daha artıq sevməli olduğumuz vətənimizin və xalqımızın min illərlə var olmalarını istəyiriksə, həm yüksək ümumbəşəri, həm də peşə biliklərinə yiyələnməyimiz, dünyanın işlərindən baş açmağımız. onun yaşam mexanizmini dərk etməyimiz və düzgün istiqamətdə fəaliyyət göstərməyimiz lazımdır.
Yer kürəsində biz tək deyilik. Allah başqa xalqları da yaratmış və onlara da öz vətənlərində yaşamaq hüququ vermişdir. Biz. humanist Azərbaycan türkü olaraq, onların da başqa xalqlara mane olmamaları şərtilə, mənafeyini düşünürük.
Sədi, kəndli oğlunu şah edən elmdən və tükənməz xəzinə olan sənətdən uzaq, atanın var-dövlətinə arxayın olan övladları avara və tüfeyli hesab edib. Sədinin bu sözləri köhnəlməyib və yəqin ki. heç vaxt köhnəlməyəcək də.
Əlinizdə tutduğunuz və bir çox nəcib məqsədin reallaşması arzusundan doğulmuş bu kitabın sizə nə qədərsə yardımçı olacağına ümid edirəm. Bunu mən gələcəkdə vətən üçün narahat olub bu istiqamətdə fəaliyyət göstərən şəxsiyyətlərin yetişməsində iştirakçı olmağımın mükafatı kimi qəbul edəcəyəm.

Epiloq əvəzi

Oxucular həm Azərbaycan və. həm də bir dövlət olaraq onun mövcudluğuna bilavasitə müsbət və mənfi təsir edə bilən coğrafi ən yaxın ölkələrin qısa və tutuşdurulmuş mənbələrin imkan verdiyi dərəcədə dürüst tarixi təsvir olunmuş və fəal vətəndaşlıq mövqeyinə, geniş dünyagörüşünə malik həmvətənlərimizin yetişməsi arzusu ilə yazılmış kitabın son səhifəsini çevirdilər. Həqiqəti və ədaləti cəmiyyətin normal həyatının və bu həyatın təbii axarının bünövrə daşı hesab edən müəllif arzusuna çatdığını güman edir və 1805-ci ilin 14(26) may tarixli "Kürəkçay", 1813-cü ilin 12(24) oktyabr tarixli 'Gülüstan" müqavilələri ilə hissəvi və müvəqqəti, 1828-ci il fevralın 10(22)-da. saat 0.00-da qoyulmuş imzalarla bağlanmış “Türkmənçay” müqaviləsi ilə daha böyük miqyasda və son şəkildə bölünmüş vətənimizin və xalqımızın yaxın illərdə həm mədəni, həm də siyasi birliyinin daha yüksək səviyyədə bərpa olunması ümidi ilə sözünü bitirir və həm də istəyir ki, tarixdən ibrət götürək. tarixdən dərs alaq, türk dünyasını və onun inkişaf etmiş hissələrindən biri olan Azərbaycanın daha artıq inkişafını və xoşbəxtliyini düşünək və bu məqsədə xidmət edək: ədalətli, dərin siyasi duyumlu və qəhrəman dövlət başçılarımızı, böyük mütəfəkkirlərimizi – Bilqamısı, Zərdüşt peyğəmbəri, Tomiris anamızı, Mete xaqanı, əl-Fərabini, Attilanı, Bilgə xaqanı, Alp-Arslanı, Məlik şahı, Nizamini, Nəsirəddin Tusini, Osman qazini, Əmir Teymuru, Şah İsmayıl Xətaini, Nadir şahı, Ağa Məhəmməd şah Qacarı, M.Ə. Rəsulzadəni, Atatürkü həmişə anaq və onlardan öyrənək ki, Zəngəzuru, Göyçəni, Qarabağı azad edə bilək və bir daha bu kimi faciələrlə üz-üzə qalmayaq.
 

Irshad Ibrahimov, “In the depth of the history”'
Baku, “Leman Pligrafiv Pablisher" LLC, 2019. 820 p.

Summary

The book “In the depth of the history”' contains well-reasoned and documented, objective and authentic information on the historical past and present of Azerbaijan and neighboring countries – Russia, Turkey, Iran, Georgia, Armenia. The book gives an excursus into the spiritual world and mentality of a person; it considers its formation processes and behavior motifs. The research contains a description of peculiarities of a personality, cognitive activity and temper of different ethnic groups. The author analyses the structural foundations which altruism and selfishness is based upon, which form the ratio of innate and socially acquired circumstances in the behavior of individuals, their behavior in nonstandard and extreme situations depending on national, race, religious characteristics, psychological orientation and other issues.
Due to profound study and recreation of the Creative path of governmental, political, military fıgures as well as thinkers and writers of Azerbaijan in the new light, the reader can open up for himself a number of new pages of the ancient history and a new way of looking at many things.
The book is distinguished by the authenticity of historical facts of the East, its benefıcial influence upon the West and Western culture, it reflects the factors that make the two cultures closer and have benefıcial influence upon each other.
By using a great number of historical sources, the author contrived to expound and formulate the results and conclusion of the performed analysis.
Furthermore, these circumstances give an opportunity to bring in the corrections in interpretation of many historical events, whose essence has knowingly been distorted and ad arbitrium interpreted by the soviet school of historiography.


Иршад Ибрагимов, “В дебрях истории”
Баку, “Ляман полиграфическое издательство" ООО, 2019. 820 стр.

От редактора

Книга “В дебрях истории” содержит глубоко аргументированную, документально обоснованную, объективную и достоверную информацию об историческом прошлом и настоящем Азербайджана и граничащих с ним стран – России, Турции, Ирана, Грузии, Армении. В ней совершен своего рода "экскурс" в духовный мир и ментальность личности; рассматриваются процессы ее формирования, и поведенческие мотивы. Исследование содержит описание особенностей характера, познавательной активности и темперамента представителей различных этических и этнических групп; автор анализирует структурные основы, на которых развиваются альтруизм, эгоизм, формируется соотношение врожденного и социально приобретенного обстоятельств в поступках индивидуумов, их поведение в нестандартных и экстремальных ситуациях в зависимости от национальной, расовой, конфессиальной принадлежности и психологической ориентации, а также ряд других вопросов.
Благодаря глубокому изучению и воссозданию в новом свете жизненного и творческого пути государственных, политических, военных деятелей, мыслителей и писателей Азербайджана, перед читателем раскрывается целый ряд новых страниц его древней истории, давая тем самым возможность на многое взглянуть по-новому.
Книга отличается достоверностью фактов истории Востока, его благотворного воздействия и влияния на развитие Запада, его культуры, в ней отражены сближающие и благотворно взаимовлияющие факторы.
Использование большого числа исторических источников позволило автору неординарно излагать и формулировать результаты и выводы проделанного им анализа. Более того, эти обстоятельства дают возможность внести коррективы в освещение многих исторических событий, суть которых сознательно искажалась и произвольно трактовалась советской школой историографии.
 

İrşad İbrahimov, “Tarixin olaylarında”